Qadın “ASAN xidmət”də döyüldü

img

18-11-2017 [12:04]


Gəncə şəhərində döyülmə faktı qeydə alınıb. 

Mia.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə "ASAN xidmət” mərkəzində baş verib. Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə "ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. 

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR