Səudiyyə vəlihədindən gözləniməz addım - Məşhur misirlini özünə müavin təyin etdi

img

16-11-2017 [16:01]


Misirin keçmiş daxili işlər naziri Həbib əl-Ədli Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salamanın məsləhətçisi təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Nyu York Tayms” qəzeti yayıb. 

Ədlinin bir müddət öncə həbs edilən Səudiyyə Ərəbistanı şahzadələrini dindirdiyi də iddia edilib. Onun şahzadələrə qarşı müxtəlif işgəncələrdən istifadə etdiyi vurğulanır.

Qeyd edək ki, Ədli 2011-ci ildə devrilən Misir Prezidenti Hüsnü Mübarəkin hakimiyyəti dönəmində daxili işlər naziri kimi çalışıb. O, Misirdə müxalifətə qarşı tətbiq etdiyi müxtəlif işgəncələrlə məşhurluq qazanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR