"Hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm" - Hacıbala Abutalıbovdan orijinal açıqlama(Səsyazısı)

img

16-11-2017 [11:59]


Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb. 

Mia.az xəbər verir ki, unikal.org-un əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxlayıb. O, barəsində yayılan "informasiyaya” belə münasibət bildirib.

"Mən hazırda işimin başındayam. Səhhətim də isə heç bir problem yoxdur. Hazırda müdrüklükdən müqəddəslik zirvəsinə qədər ucalmış, Ulu Öndər Heydər Əliyevin ziyarətdən gəlirəm. Mən nəinki şeytanın mələyə çevirmək istəyənlərə, özləri ilə bacaran, taleyləri ilə razılaşan insanlarla birlikdə, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm. Nə olub axı... Xəstələnməmişəm. Sağlam insana şəfa diləməzlər. Məni sevən və sevməyən insanlara xoşbəxt həyat, can sağlığı arzu edirəm."




Digər xəbərlər
SON XƏBƏRLƏR