15-11-2017 [11:55]
Mərkəzi Bankının İdarə Heyəti bu gün uçot dərəcəsinin və faiz dəhlizinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) barədə qərar qəbul edib.
Bankdan Mia.az-a daxil olan məlumata görə, qeyri-neft iqtisadiyyatının artımında pozitiv dinamika müşahidə edilir və bu dinamikanın formalaşmasında makroiqtisadi stabilləşmə xüsusi rol oynayır. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Monetar şərait iqtisadiyyatın pula olan tələbatı, o cümlədən fiskal sektorun likvidliyə olan ehtiyacı, eləcə də bank sistemində likvidliyin təsiri altında formalaşır. Başlıca olaraq qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir etmişdir. Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir. Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul edilərkən aşağıdakı makroiqtisadi meyillər nəzərə alınmışdır: İqtisadi aktivlik.
Dövlət Statistika Komitəsinin məlumatına görə 2017-ci ilin 9 ayında qeyri-neft sektorunda 2.5%-lik iqtisadi artım baş verib.
Ölkənin strateji valyuta ehtiyatları 2017-ci ilin 10 ayında 4.4 mlrd. ABŞ dolları (11.8%) artaraq 42 mlrd. ABŞ dollarını ötüb. Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. Manatın ABŞ dollarına nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində fiskal sektorun milli valyuta ilə likvidliyə olan tələbatı monetar şəraitə təsir göstərib. 2017-ci ilin 10 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.5% artıb. Monetar şəraitə təsir göstərən digər mühüm amil bank sistemində likvidliyin akkumulyasiyasının davam etməsi olmuşdur. Bu proses bankların kredit portfelinin ilin əvvəlindən 26.1% azalması şəraitində baş verib. Bank sistemində yüksək likvidlik Mərkəzi Bankın sterilizasiya alətlərinə tələbin yüksək olaraq qalması ilə müşayiət olunub.
Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub. Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır. Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə 15 fevral 2018-ci il tarixdə müzakirə ediləcək.
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var