Onların maaşı 14 faiz azaldıldı - Rəsmi

img

15-11-2017 [11:13]


2017-ci ilin yanvar-sentyabr aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,9 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, onların 53,0 min nəfəri binaların tikintisində, 24,9 min nəfəri mülki təyinatlı inşaat işlərində, 25,0 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27,2 faizi dövlət, 72,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Bildirilir ki, tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 793,4 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 901,3 manat, dövlət sektorunda isə 525,9 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əmək haqqı 14,1 faiz azalıb, binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 5,0 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 11,1 faiz artıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR