Ramil Usubov polkovniklə bağlı əmr verdi - Yol Patrul Xidmətinin rəisi təqaüdə göndərildi

img

15-11-2017 [11:04]



Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polkovniki təqaüdə göndərilib.

Mia.az APA-ya istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR