Prezident müşavirini azad etdi, ordu paytaxta yeridi - VİDEO

img

15-11-2017 [09:35]


Zimbabvedə ordu Robert Müqabeni hakimiyyətdən devirmək üçün hərəkətə keçib.

Müqabenin müşavirini vəzifəsindən kənarlaşdırması ordunun qiyama qalxmasına səbəb olub.

30 ildən artıqdır ki, haimiyyətdə olan 93 yaşlı prezident bir neçə gün öncə müşaviri Emmerson Mnangagvanı vəzifəsindən azad edib.

Orduya məxsus tanklar paytaxt Harareyə doğru yola düşüblər.

Qərargah rəisi Konstantino Çivenga keçirdiyi mətbuat konfransında Muqabeni qınayıb.

Emmerson Mnangagva Muqabenin yerinə ən layiqli şəxs hesab olunurdu. Onun istefaya göndərilməsi tərəfdarlarını qəzəbləndirib. Emmerson Mnangagva Muqabeni devirərək yerinə keçməkdə ittiham olunub.

Muqabenin həyat yoldaşı isə növbəti prezidentin özü olacağını bəyan edib/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR