“Əgər ölkəmi, gəncləri məhv etmək istəsəniz, sizi öldürəcəm" - Prezident narkobaronları hədələdi

img

14-11-2017 [21:47]


Filippin Prezidenti Rodriqo Duterte ölkəsində narkotik maddələrin yayılmasını təşkil edən istənilən şəxsi öldürəcəyini açıqlayıb.

Duterte prezidentlik müddətinin son gününə qədər davam edən bir savaş apardığını deyib.

"Əgər mənim ölkəmi məhv etmək istəsəniz, sizi öldürəcəm. Kasıb ölkəmizin yeganə resursu olan gəncləri məhv etsəniz, sizi öldürəcəm. Bundan şübhəniz olmasın”, - Duterte deyib.

Qeyd edək ki, Dutertenin hakimiyyətə gəldiyi 2016-cı ilin may ayından Filippində narkotik ticarətində bilavəsitə və ya dolayı yolla əlaqəsi olan 2400 nəfər öldürülüb/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR