Şriftin ölçüsü / 44 dəfə oxunub

"2 gün ərzində Livana qayıdacağam” - Livanın qaçaq baş nazirindən xəbər var

14 Noyabr 2017 [19:29]
"2 gün ərzində Livana qayıdacağam".

Bu sözləri Livanın istefa vermiş baş naziri Saad Həriri Tvitter hesabında yazıb.

"Hamıya salamlar. Mən yaxşıyam. İnşallah, 2 gün ərzində Livana qayıdacağam”, - deyə Həriri bildirib/Axar.az.

Qeyd edək ki, Həriri iki həftə əvvəl Səudiyyəyə gedərək, gözlənilmədən orada "İranın özünə qarşı sui-qəsd hazırladığı"nı bildirərək istefa verdiyini açıqlamışdı. Onun belə istefası və hələ də ölkəsinə dönməməsi isə böyük skandala çevrilib.

Mia.az


SON XƏBƏRLƏR