Şriftin ölçüsü / 59 dəfə oxunub

AMEA Botanika İnstitutunun gənc alimi Yaponiyada təqaüd proqramını bitirib - Açıqlama + FOTO

14 Noyabr 2017 [18:22]
AMEA Botanika İnstitutunun gənc mütəxəssisi, k.e.i. Lamiyə Abbasova 1 noyabr 2016-31 oktyabr 2017-ci il tarixinədək Yaponiyanın Tsu şəhərində yerləşən Mie Universitetində elmi ezamiyyətdə olub.

Bu barədə Mia.az-a institutdan verilən məlumata görə, ezamiyyət Yaponiyanın Osaka şəhərində yerləşən Fermentasiya İnstitutunun (Institute of Fermentation, Osaka, IFO) xarici tələbələr üçün təşkil etdityi təqaud  proqramı çərçivəsində baş tutub.

Lamiyə Abbasova Mie Universitetinin "Bitki Patologiyası” laboratoriyasında Prof. Susumu Takamatsunun rəhbərliyi altında "Ağac bitkiləri üzərində yayılan unlu şeh göbələklərinin tədqiqatı və taksonomik statusu şübhəli bəzi növlərin təyin olunması” layihəsi üzrə tədqiqatlar aparıb:

"Son illər ərzində Azərbaycanın müxtəlif regionlarından toplanılmış yeni herbari nümunələri, həmçinin Yaponiyanın müxtəlif ərazilərindən toplanılmış və Mie Universitetinin mikoloji herbarisində saxlanılan herbari nümunələri morfoloji və molekulyar üsullarla araşdırılıb və identifikasiya edilib. 

Azərbaycan üçün yeni unlu şeh növləri və bu göbələklər üçün yeni sahib bitkilər müəyyən olunub.

 Herbari nümunələri həm Mie Universitetin (TSU-MUMH), həm də AMEA Botanika İnstitutunun mikoloji herbarisinə (MH), sekvens məlumatları isə Yaponiyanın DNT məlumat bazasına (DDBJ; DNA Data Base of Japan) depozit edilmişdir". 



SON XƏBƏRLƏR