Şriftin ölçüsü / 80 dəfə oxunub

Bakıda internet təminatında fasilələr yaranacaq - Rəsmi xəbərdarlıq

14 Noyabr 2017 [18:01]
İnternet təminatında fasilələr yarana bilər.

Bakı Telefon Rabitəsi MMC-dən Trend-ə verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə "Bakinternet"in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

MMC yarana biləcək kəsintilərə görə üzr istəyir, profilaktik tədbirlərin nəzərə alınmasını xahiş edir.


SON XƏBƏRLƏR