Türkiyənin baş nazirindən ABŞ-a "yumşaq" zərbə: “Onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”

img

14-11-2017 [17:47]


"Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”.

Bunu ölkənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib:

"Silahla dolu 50 TIR-dan 10-u hər cür ağır silahla yüklü vəziyyətdə müşayiət altında Raqqanın şimalında terrorçu İŞİD qruplaşmasının üzvlərinə çatdırılıb. Biz ABŞ-a dedik ki, bir terror qruplaşması ilə başqa bir terror qruplaşmasını məhv etmək dövlətə yaraşmaz. Oradan qaçanlar - İŞİD silahlıları Türkiyə başda olmaqla birlikdə Avropa, Amerika və dünyanın hər yerində kim bilir yeni neçə-neçə insanın qətlinə səbəb olacaqlar. Terror qruplaşmalarına qarşı mübarizədə dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir”.

Qeyd edək ki, ABŞ Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından terrorçu PKK-nın Suriyadakı "YPG” və "PYD” adlı qolları ilə birlikdə təmizlədiyini bildirib. Rəsmi Ankara isə ABŞ-a PKK qruplaşmasının qolları ilə deyil, Türkiyə hərbçiləri ilə birlikdə təmizləməyi təklif edirdi. Binəli Yıldırım çıxışında "YPG” və "PYD”nin İŞİD qruplaşmasını silahlandırdığını vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR