Şriftin ölçüsü / 2572 dəfə oxunub

Mehriban Əliyevanın yeni köməkçisi kimdir? - Dosye

14 Noyabr 2017 [15:53]

Xəbər verdiyimiz kimi, bu gün birinci vitse-prezident Mehriban Əliyevaya daha bir köməkçi təyin edilib. Gündüz Kərimov bu təyinatla xanım Əliyevanın dördüncü köməkçisi olub.

Gündüz Hacı oğlu Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub.

O, Baker McKenzie və Bakı ofisinin idarəedici tərəfdaşı olub. Birləşmiş Ərəb Əmirliklərində Fikri Mülkiyyət Təcrübə Qrupunun rəhbəri vəzifəsini daşıyıb.

G. Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini işləyib.

Həmçinin Beynəlxalq Ticarət Palatasının üzvü və Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

Evlidir, iki övladı var.


"Qafqazinfo”


SON XƏBƏRLƏR