“Ya ABŞ deyən hər şeyi qəbul et, ya da istefa ver” - Səudiyyə vəliəhdi Mahmud Abbası hədələdi

img

14-11-2017 [13:37]


Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Fələstin lideri Mahmud Abbasa ABŞ tərəfindən hazırlanan "Yaxın Şərq barış planı”nı qəbul etməsi üçün təzyiq göstərir.

Bu barədə "Tayms” informasiya yayıb.

Məlumata görə, Mahmud Abbasın bir həftə əvvəl Ər-Riyad ziyarəti zamanı ABŞ Prezidenti Donald Tramp və Cerad Kuşner tərəfindən hazırlanan barış planı müzakirə olunub. Vəliəhd şahzadə Fələstin liderinə "Ya ABŞ deyən hər şeyi qəbul et, ya da istefa ver” deyib.

Qeyd edək ki, Mahmud Abbasdan bir həftə öncə Səudiyyə Ərəbistanını ziyarət edən Trampın baş müşaviri Cerad Kuşnerin Məhəmməd bin Salmanla qızğın "Yaxın Şərq barış planı” müzakirələrinin gecə saatlarına qədər davam etdiyi haqda məlumat yayılmışdı/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR