Şriftin ölçüsü / 74 dəfə oxunub

Dənizkənarı Bulvar İdarəsi "Azenco" ASC-ni məhkəməyə verib

14 Noyabr 2017 [12:17]
Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

Mia.az reporta istinadən xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Dənizkənarı Bulvar İdarəsi satınalma müqaviləsinin və ona əlavə olunan xüsusi şərtlərin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb. 

Məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi "Azenco"nun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlayıb.


SON XƏBƏRLƏR