Nazirlikdə yeni işçi komissiyası yaradılır - Qərar

img

14-11-2017 [11:52]


Azərbaycanda biznes-inkubatorların fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyində bu sahə üzrə peşəkar mütəxəsssislərin və fəal inkubator idarəedicilərinin də təmsil olunduğu komissiya yaradılır.

Bu gün Bakıda "Biznes inkubatorların və sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi, startap layihələrinin dəstəklənməsi” mövzusunda keçirilən tədbirdə belə qərar alınıb.

Tədbirdə ölkədə fəaliyyət göstərən biznes-inkubatorların idarəedicilərinin, rezidentlərinin, ölkədə fəaliyyət göstərən startapların fikirləri dinlənilib, müzakirələr aparılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadi siyasətin prioritet istiqaməti kimi sahibkarlığın inkişafı üçün aparılan davamlı islahatlar, həmçinin bu tədbirlər çərçivəsində biznes-inkubatorların yaradılması və inkişafı etdirilməsi ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib.

Qeyd edilib ki, hazırda ölkədə 11 biznes-inkubator fəaliyyət göstərir. Nazir müavini biznes-inkububatorların bir-biri ilə əlaqələndirilməsi üçün işçi komissiyasının yaradılmasının uğurlu olacağını bildirib(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR