Şriftin ölçüsü / 374 dəfə oxunub

Rəsmi Moskvadan Putin-Ərdoğan görüşünə reaksiya: "Elə mövzular var ki, onların detalları açıqlana bilməz”

14 Noyabr 2017 [10:04]
"Yüksək səviyyəli görüş zamanı mürəkkəb mövzulara toxunulub ki, onların detalları açıqlana bilməz”.

"RİA Novosti” agentliyinin  verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bəyan edib.

ABŞ və Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı sualı cavablandıran Peskov deyib: "Danışıqlarda daha mürəkkəb mövzular var idi ki, təbii ki, onların detalları açıqlana bilməz”.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rusiya və ABŞ-ı Suriyadan qoşunlarını çıxarmağa çağırıb. (APA)


SON XƏBƏRLƏR