Xorvatiya Yunanıstanı, İsveçrə isə irlandları gözüyaşlı qoydu - VİDEOLAR

img

14-11-2017 [08:51]


İsveçrənin ardından Xorvatiya millisi də gözlənildiyi kimi, futbol üzrə dünya çempionatına vəsiqəni təmin edib.

Mia.az xəbər verir ki, 4-1 qalibiyyətin ardından Afinada Yunanıstan yığması ilə cavab qarşılaşmasına çıxan xorvatlar buradan bərabərliklə (0-0) ayrılmaqla adını Rusiyada keçiriləcək mindiala yazdırıb.

Xorvatiya ilə yanaşı, İsveçrə millisi də ötən gecə adını mindiala yazdıran növbəti milli komanda olub.

İsveçrəlilər 1-0 qalibiyyətin revanşında  Şimali İrlandiya ilə qarşılaşmadan 0:0 hesablı bərabəriklə ayrılmaqla mindiala vəsiqəni təmin ediblər.

Qeyd edək ki, mundialda iştirakı rəsmiləşmiş ölkələr bunlardır: Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya.


Digər xəbərlər
SON XƏBƏRLƏR