Şriftin ölçüsü / 183 dəfə oxunub

İtaliya yığması İsveçlə bacarmadı, mindialdan kənarda qaldı - Buffon yığma ilə vidalaşdı

14 Noyabr 2017 [08:41]
İtaliya yığması 2018 Dünya çempionatında olmayacaq.

Mia.az xəbər verir ki, ötən gecə İsveç millisini evində qəbul edən 4 qat dünya çempionu İtaliya rəqibi ilə qolsuz heç-heçə (0:0) edərək, dünya yarışından kənarda qaıb. 

Belə ki, Stokholmdakı ilk qarşılaşmada 1:0 uduzduğundan, İtaliyadakı cavab qarşılaşmasındakı 0-0-lıq bərabərlik İsveç milliərinə Rusiyada baş tutacaq mindiala vəsiqə qazandırıb.

Yeri gəlmişkən, son 60 ildə İtaliya millisi bütün dünya çempionatlarında iştirak edib... 

Onu da qeyd edək ki, oyundan sonra İtaliya millisinin 39 yaşlı qapıçısı Canluici Buffon 124 dəfə formasını geyindiyi yığma komandanı tərk etdiyini açıqlayıb.

Mia.az 


SON XƏBƏRLƏR