Ərdoğanla Putinin 2 saat 10 dəqiqəlik təkbətək görüşü: "Pomidor, nar, badımcan və bölgədəki vəziyyət..." - VİDEO

img

13-11-2017 [23:01]


Prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə bu gün  Bakı vaxtı ilə saat 18.20-də bir araya gəlib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdən əvvəl verilən ilk açıqlamada Ərdoğan "Bu görüş əlaqələrimizi, gələcəyə yönəlik güvənimizi artırır" deyib.

Putin isə bildirib ki, bu görüş əlaqələrin daha da təməlli canlandığının göstəricidir.

Mia.az xəbər verir ki, iki prezidentin təkbətək görüşü 2 saat 10 dəqiqə çəkib.

Təkbətək görüşdən sonra heyətlərlə birgə görüş keçirilib.

Görüşdən sonra hər iki lider birgə mətbuat konfransı keçiriblər.

Ərdoğan qonaqpərvərliyə görə Putinə təşəkkür edib:

"Bu il Rusiyaya 3-cü dəfə gəldik. İl içində 6 görüşmə gerçəkləşdirdik. Əlaqələrimizin dərinləşməsi istiqamətində Putinlə ortaq fikirdəyik. Siyasi məsələlərlə yanaşı, iqtisadi əlaqələrimiz də yüksəlişə keçir. Pomidor, nar və badımcanın Rusiya bazarına girişi üçün alınan qərarları məmnuniyyətlə qarşıladıq".

Ərdoğan deyib ki, iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsi 15 milyard dolları aşıb:  "İkitərəfli dövriyyənin 100 milyard dollara çatdırılmasına nail olmaq üçün viza daxil, aramızdakı bütün əngəlləri qaldırmağımız lazımdır. Bunlarla bağlı müsbət qərarlarımız olacaq". 

Ərdoğan onu da deyib ki, Putinlə bölgə və beynəlxalq məsələlərə bağlı da müzakirələr aparıblar.

Putin isə deyib ki, belə görüşlər hazırkı vəziyyətləri müzakirə etmək baxımından çox vacibdir: "Artıq ikili əlaqələrimiz böhrandan əvvəlki səviyyəyə çatdı. İnanırıq ki, böhranlı aylarında arada itirdiklərimizi bu ilin sonuna qədər yenidən qazanacağıq. Cənab Ərdoğanla razılaşmamıza əsasən, Türkiyədən məhsul idxalına təkrar başladıq. Qalan sanksiyaların da aradan qaldırılmasına dair məsələləri bu gün müzakirə etdik".

Putin deyib ki, burada hər şeydən əvvəl Türk axını layihəsindən bəhs etmək lazımdır: "Bu layihənin qıza zamanda həyata keçirilməsinə başlanacaq".

Putin onu da bidirib ki, İrana səfərində müzakirə edilən məsələlərə bağlı Ərdoğanı da məlumatlandırıb: "Suriyaya gəldikdə isə, orada savaş, qan ciddi şəkildə azalıb. BMT-nin çətiri altında dialoqun başlanması üçün əlverişli şərtlər ortaya çıxmaqdadır".

Xatırladaq ki, Ərdoğanı görüşdə Baş qərargah rəisu Hulusi Akar, xarici işlər naziri Çavuşoğlu və prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edib.

Mia.az



Digər xəbərlər
SON XƏBƏRLƏR