İsveçin nümayəndə heyəti "Azercell"in nailiyyətlərini yüksək qiymətləndirdi - Görüş + FOTO

img

13-11-2017 [17:45]


İsveç Krallığının Xarici İşlər Nazirliyinin Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenströmun başçılıq etdiyi nümayəndə heyəti 2017-ci il noyabrın 8-də ölkənin aparıcı mobil rabitə təminatçısı "Azercell Telekom"a baş çəkib. 

Şirkətən Mia.az-a verilən məumata görə, bu səfər İsveçin Azərbaycanda ən böyük investisiyası sayılan Azercell şirkətinin biznes və inkişaf perspektivlərini daha yaxından tanımaq məqsədilə həyata keçirilib.
 
Dövlət katibi Oskar Stenströmvə İsveç Krallığının Azərbaycandakı səfiri xanım Ingrid Tersman "Azercell Telekom" MMC-nin prezidenti cənab Vahid Mürsəliyevin başçılıq etdiyi Azercell rəhbərliyi ilə görüşkeçirdilər.  

Azercell-in prezidenti Vahid Mürsəliyev rəsmi nümayəndə heyətinə bu səfərə görə minnətdarlığını bildirdi, Azercell və onun əsas investoru olan Telia şirkəti arasında uzun illər ərzində formalaşmış güclü işgüzar əlaqələrin və təcrübə mübadiləsininşirkətin davamlı inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyini vurğuladı. İsveç telekommunikasiya lideri və Azercell-in əsas investoru Telia şirkəti bu görüşdə şirkətin Prezidenti yanında Baş Məsləhətçisi Kjell Lindstrom tərəfindən təmsil olundu.

Nümayəndə heyətinə Azercell-in tarixi, ümumi biznes fəaliyyəti, ölkənin telekommunikasiya sektoruna yatırılmış investisiyalar, şirkətin Azərbaycan bazarına təqdim etdiyi yeniliklər, eləcə də sənayenin ən son tendensiyalarına uyğun gələcək planlar barədə məlumat verildi. Müzakirələr zamanı həmçinin Azercell-in Məsuliyyətli İşgüzar Davranış, Etika və Uyğunluq, Dayanıqlıq və Korporativ Sosial Məsuliyyət sahələrinə verdiyi töhfə və innovativ texnologiyalar, sahibkarlıq və insan resursları sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulandı. 

Avropa İttifaqı Məsələləri və Ticarət üzrə dövlət katibi cənab Oskar Stenström Azercell rəhbərliyinə xoş qarşılanmaya görə təşəkkür etdi və qeyd etdi ki,Azercell gələcəyin ən perspektivli və tələb olunan sahəsi sayılantelekommunikasiya sektorundainkişaf edən nümunəvi şirkət kimi özünü uğurla nümayiş etdirir və qlobal iqtisadiyyatın əsas resurslarından biri olan mobil internet xidmətlərini istifadəçilər üçün mümkün edir.






Digər xəbərlər
SON XƏBƏRLƏR