“İraqda qalmayacağıq” dedilər, amma buradan çıxmadılar, dünya axmaq deyil" - Ərdoğandan sərt mesaj

img

13-11-2017 [16:39]


"Biz ABŞ-a İraqa girməməyini demişdik".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

"Putin və Tramp görüşdükdən sonra Suriyadakı böhranın hərbi yolla həllinin mümkün olmadığı deyilir. İndiyə qədər hərb zamanı öldürülən insanların sayı isə 1 milyona çatıb. Hərbi həll yolu müzakirə mövzusu deyilsə, o zaman hərbçiləri geri çəksinlər. Yaxın Şərqi ən yaxşı tanıyan bizik. 

7 ildir Suriya, 15 ildən bir az çox müddətdə isə İraq böhranı var. A-dan Z-yə qədər hər şeyi bilirik. Biz İraqa ABŞ-ın girməsini istəməmişdik. Girdilər. "İraqda qalmayacağıq” dedilər, amma buradan çıxmadılar. Dünya axmaq deyil. Bəzi reallıqlar fərqli deyilir, amma tədbiqi fərqli olur. Amerikanın Suriyanın şimalında 5 aviabazası var. Birini də Rakkada hazırlayırlar. Eyni sayda da Rusiyanın bazası var”, – deyə o bildirib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR