"ABŞ-ın İrana qarşı siyasətini dəstəkləyirik" - Ərəb nazirdən Tehrana xəbərdarlıq + VİDEO

img

13-11-2017 [16:05]


Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Ənvər Məhəmməd Qarqaş ölkəsinin İran və İrana bağlı qruplar qarşısında fəaliyyətsiz qalmayacağını açıqlayıb.
 
APA TV-nin məlumatına görə, nazir İranı bölgə ölkələrinin daxili işinə qarışmaqda və məzhəbçi siyasət yürütməkdə günahlandırıb: "Keçdiyimiz günlərdə İranın vəkili olaraq döyüşən husilərin İran istehsalı olan ballistik raket ataraq necə Ər-Riyadı hədəf aldığının şahidi olduq. Bu İranın raketlərini sadəcə ölkəsinin müdafiəsi məqsədi ilə istehsal etmədiyini  göstərir".
 
Qarqaş ABŞ-ın İrana qarşı siyasətini dəstəklədiklərini, bu məsələdə beynəlxalq toplumun ortaq hərəkət etməsinə ehtiyac olduğunu deyib.
 
Açıqlamada BƏƏ-nin Ər-Riyad liderliyindəki Ərəb Birliyinə bağlı olduğu vurğulanıb. Nazir bildirib ki, regionda yaşananlar bu iki ölkənin maraqlarına xidmət etmir.
 
Qarqaş İranın terroru dəstəklədiyini, buna görə bu ölkəyə dəstəyin azaldılmasının vacibliyini söyləyib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasının çağırılmasını tələb edib. Toplantının noyabrın 19-da baş tutacağı gözlənilir. Ər-Riyad iclası İranın region ölkələrinin işlərinə müdaxilə etməsinə görə çağırıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR