İranda dəhşətli zəlzələ: ölənlərin sayı 450 nəfərə çatdı, 7000-dən çox yaralı var + VİDEO - Yenilənib

img

13-11-2017 [21:45]


Son məlumata görə, İranda baş verən zəlzələdə ölənlərin sayı 450 nəfərə çatıb. 

Yaralı sayı isə 7 min nəfərdən çoxdur. 

****

Son məlumata görə, İranda baş verən zəlzələdə ölənlərin sayı 340 nəfərə çatıb.

Məlumata görə, bu sayın artma ehtimalı çoxdur.

***

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, son rəsmi məlumata görə, ölənlərin sayı 214 nəfərə çatıb. Yaralı sayı isə 2500 nəfərdən çoxdur.

****

Dünən gecə İran- İraq sərhəddində baş verən zəlzələ nəticəsində İranın Kermanşah, Qəsri Şirin və İlam şəhərlərində ölənlərin sayı 160 nəfəri keçib, 2 minə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq ərazisində isə 10 nəfərdən çox insan ölüb, xeyli yaralı var. 

Məlumata görə, zəlzələdən sonra minlərlə insan evində gecələməkdən qorxub. Bu üzdən küçələrdə çadırlar qurulub. 

Xatırladaq ki, dünən gecə İran-İraq sərhədində 7,3 bal gücündə zəlzələ baş verib.

Həmin zəlzələnin gücü Lənkəranda da hiss edilib. Camaat təlaşa düşərək, evlərini tərk ediblər.

Mia.az




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR