Şriftin ölçüsü / 78 dəfə oxunub

DÇ-2018: Afrika zonasından daha iki ölkə mindiala yüksəldi

12 Noyabr 2017 [10:19]
Rusiyada təşkil olunacaq DÇ-2018-in daha iki iştirakçısı bəlli olub. 

Apasport.az saytının məlumatına görə, Mərakeş və Tunis yığmaları da həlledici mərhələdə mübarizə aparacaqlar.
 
Afrika zonası üzrə seçmə mərhələnin oyunları zamanı bu iki komandanın mundiala yollanacağı bəlli olub.
 
A qrupunda Tunis öz meydanında Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə edən meydan sahibləri 6 oyundan sonra xalını 14-ə yüksəldib və bu, onlara mundiala yollanmaq üçün kifayət edib.
 
Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. 

Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub.
 
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.


SON XƏBƏRLƏR