Respublika Klinik Xəstəxanasının doğum şöbəsində müəmmalı uşaq ölümü, yoxsa... - Hakim həkimi cəzalandırdı + VİDEO

img

09-11-2017 [16:27]


Respublika Klinik Xəstəxanasının doğum şöbəsində doğuş zamanı uşaq itməsi və yaxud uşağın doğuşdan sonra ölərək valideynlərindən xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn edilməsinə dair məhkəmə prosesində Azərbaycan üçün presedent sayılan olay baş verib.

Axar.az xəbər verir ki, mülki işlə bağlı apellyasiya instansiya məhkəməsində birinci instansiya məhkəməsində, hakim Turqay Hüseynovun işin rədd edilməsi ilə bağlı qərarı ləğv edilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun uzunmüddətli məhkəmə araşdırmasından sonra göstərdiyi prinsipial mövqeyə görə tərəflər barışıq əldə ediblər. Beləliklə, iddiaçı xanıma birinci instansiya məhkəməsində iddia etdiyi məbləğdən iki qat artıq kompensasiya ödənilib.

Zərərçəkənin vəkili Aqil Layıcın sözlərinə görə, bu işdə məhkəmə tərkibi, xüsusilə İkram Şirinov və Elşən Kazımov yüksək peşəkarlıq, ədalətlilk və nümunə göstəriblər. "Məhz onların cəhdləri nəticəsində iddiaçının dövlətə olan sevgisi artdı. İddiaçılar bir daha əmin oldular ki, bu tip işlərə, klinika və həkim səhlənkarlığına qarşı həssas və qeyrət göstərən hakimlər vardır”, - A.Layıc qeyd edib.

Vəkilin sözlərinə görə, cinayət işi hazırda davam etməkdədir.

Qeyd edək ki, ordumuzun zabiti Ramil Səfərovun hüquqlarının qorunmasındakı xidmətləri ilə tanınan İ.Şirinov Bakı Apelyasiya Məhkəməsinin hakimi olduğu son illərdə Azərbaycan üçün müsbət presedentlər yaradan, Avropa standartları səviyyəsində qərarlara imza atmış ədalətli hakimlərdən biri olaraq məşhurdur.

Xatırladaq ki, bir müddət öncə 37 yaşlı Günay Axundov səs-küylə qarşılanan iddia ilə çıxış etmişdi. Xəzər TV-nin yaydığı süjetdə ana bildirmişdi ki, 2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə bir oğlan uşağı dünyaya gətirib. Əməliyyatı isə həmin xəstəxanada çalışan mama-ginekoloq Vüsalə Ağalarova edib. Əməliyyatdan bir gün sonra isə uşaq tələf olub.

Günay Axundova qeyd etmişdi ki, həkim uşağın öldüyü barədə məlumatı onlara gec verib.

Körpəsinin öldüyünü biləndən sonra ana onun meyitini tələb edib. Ona bildirilib ki, uşağın meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə göndərilib. Günay Axundova deyir ki, aprel ayının 10-da uşağın meyitini götürmək üçün adıçəkilən quruma müraciət edib və ona uşağın Hövsan qəsəbəsində yerləşən kimsəsizlər qəbiristanlığında dəfn edildiyi deyilib.

Zərərçəkmiş uşağın ondan xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn edildiyini bildirmiş və cinayət işi qaldırılması üçün müraciət etmişdi.




Digər xəbərlər
SON XƏBƏRLƏR