Şriftin ölçüsü / 433 dəfə oxunub

Nazir müavini İlham Quliyevin oğlunun 50 min pulu ilə bağlı qalmaqal - Bank işçisi cəzalandırıldı

07 Noyabr 2017 [21:42]
"Zaminbank" ASC-də xəzinədar vəzifəsində işləmiş və dələduzluqda təqsirləndirilən 1972-ci il təvəllüdlü Eldar Salmasinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Eldar Salmasi 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Eldar Salmasi "Zaminbank”da xəzinədar vəzifəsində işləyərkən vətəndaşları ucuz qiymətə dollar satmaq adı ilə aldadaraq dələduzluq əməlini törədib.

Eldar Salmasi vəzifəsindən azad edildikdən sonra da bir neçə şəxsə qarşı dələduzluq edib.

O, 1 milyon manatlıq dələduzluqda ittiham edilib.

İş üzrə zərərçəkmiş şəxs qismində kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin oğlu Ərdəbil Quliyev də tanınıb. Ona qarşı 150 min manat məbləğində dələduzluq edilib.


SON XƏBƏRLƏR