Şriftin ölçüsü / 2660 dəfə oxunub

"Lalə Şövkətə baş nazir olmaq təklifi olub..." - Əvəz Temirxan

07 Noyabr 2017 [17:30]
Bu gün Azərbaycanın 1993-1994-cü illərdə dövlət katibi olmuş, tanınmış ictimai-siyasi xadimi, Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin doğum günüdür. Xanım siyasətçinin 66 yaşı tamam olur.

Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. İnstitutu bitirdikdən sonra (1974-cü ildə) Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.

1993-1994-cü illərdə Azərbaycan Respublikasının dövlət katibi olub.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib.
7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının (ALP) qurultayında partiya sədrliyindən istefa verib.

Modern.az saytı ALP-nin sədri Əvəz Temirxanla əlaqə saxlayaraq səbəbkarın doğum günü təəssüratlarını öyrənib.

"Lalə xanım dünya malında gözü olmayan aristokrat xanımdır. Səhər açılandan Lalə xanıma doğum günü təbrikləri gəlməkdə davam edir. Həm özünə, həm oğluna, həm mənə, həm də partiya üzvlərinə təbriklər ünvanlanır”.

Lalə xanımın 2018-ci ildəki prezident seçkiləri ilə bağlı mövqeyindən danışan Əvəz Temirxan bunları deyib.

"Hələ 2018-ci ilə çox var. İndidən Lalə xanımın seçkilər barədə fikirlərini deyə bilmərəm”.

Lalə Şövkətin doğum günündə aldığı hədiyyələrə gəlincə, partiya sədri deyib ki, onun üçün ən yaxşı hədiyyə Azərbaycan xalqının rifah halının yaxşı olmasıdır.

"Bundan başqa heç bir hədiyyə Lalə xanım üçün qiymətli deyil. Məhz buna görə Lalə Şövkət karyeralarını qurban verməli olub. Heç kim bilmir ki, Lalə Şövkətə dəfələrlə yüksək dövlət postlarına qayıtmaq təklifləri olub. 1996-cı ildə Milli Məclisdə ona baş nazir olmaq təklifi olub. Bir var hakimiyyət naminə hakimiyyət, bir də var xalq naminə hakimiyyət. Lalə Şövkətin nə iqtidarda, nə müxalifətdə, nə də yeni siyasətçilər arasında düşməni var. 

Əslində, bu gün ictimai rəydə Lalə Şövkətə rəqib də yoxdur. Bütün addımlarını Azərbaycan xalqı üçün atıb. Düzdür, bunu hələ hamı dərk etmir. Lalə xanım özünü hər bir azərbaycanlının rahat yaşayışına, xoşbəxtliyinə qurban verib”. 


SON XƏBƏRLƏR