“Hədəf taxtası”nda olan nazir və icra başçıları hansılardır? - Yeni iddialar

img

05-11-2017 [13:27]


Pambıq yığımı başa çatar-çatmaz  bəzi icra başçıları ilə yolların ayrılacağı gözlənilir. 

Bu barədə Mia.az-a daxil olan məlumata görə, "vurulacaq” icra başçılarının arasında ən çox Sabirabadın icra başçısı Nazim İsmayılov, Bərdənin icra başçısı Vidadi İsayev, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun adları hallanır.

Çünki bu icra başçılarının həm fəaliyyətləri, həm də bağlı olduqları qruplaşmalarla bağlı cəmiyyətdə birmənalı mənfi rəylər var:

 "Nəzərə çatdırım ki, Nazim İsmayılov keçmiş MTN-nin istintaq idarəsinin rəisi işləmiş Mövlan Şıxəliyevin, Ceyhun Cəfərov isə ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumlarıdır.  Hər iki icra başçısının bu qohumlarının sayəsində vəzifə karyerası qurmaları da sirr deyil. İndisə onların "krişa”ları müxtəlif cinayətlərdə ittiham olunub. Yəqin məhkəmələrindən onların nələrə  yol verdiklərini oxumusunuz. Bu gün həm Mövlan Şıxəliyevin, həm də Vidadi Zeynalovun qanunsuzluqları tam çılpaqlığı ilə üzə çıxıb, təsdiqənib. Ona görə də onların zamanında irəli çəkdikləri vəzifəli şəxslərə istər-istəməz bir etimadsızlıq yaradıb. Bəli, hər iki icra başçısı hazırda hakimiyyət düşərgəsində "ən narahatedici məmur” statusundadırlar. Artıq onlara ayrılan limit bitmək üzrədir, gözlənilir ki, tezliklə postarı ilə vidalaşacaqlar. Vidadii İsayevə  gəldikdə isə, onun Bərdədə yaratdığı atmosfer, eyni zamanda, "Boss” deyə xitab etdiyi "krişası”nın adını yerli-yersiz gündəmə gətirməsi artq səbr kasasını daşırıb”.

Məlumata görə, adıçəkilən icra başçıları ilə yanaşı, sabiq nazir Ziya Məmmədovun qohumlarının da vəziyyətləri ürəkaçan deyillər. Artıq bu barədə ölkənin ən ciddi media orqanları da yazır: "Ona görə düşünürəm ki, Ucar, Zərdab və Qubanın icra başçılarına da "yaxşı yol” deyiləcək”.

Bu ilin sonundək Lənkəran, Astara, Beyləqan, həmçinin Bakının bir neçə rayonunun rəhbərlərinin də yola salınacağını deyən mənbə bildirir ki,  hakimiyyət düşərgəsində başlayacaq yeni kadr islahatı digər vəzifə sahiblərini də "ağuşu”na alacaq: "Baxın, Prezident Administrasiyasında islahat aparıldı. Ötən ay Nazirlər Kabinetinin yeni əsasnaməsi və ştatı da təsdiqləndi. Hökumətdə vəzifə tutan bir neçə şöbə ixtisar olundu, bəzi şöbə müdirləri və işçilərlə yollar ayrıldı. İndisə növbə hökumətin "qolları”na və yerli icra hakimiyyətlərinə çatıb. Böyük ehtimala ilin sonuna, maksimum gələn ilin fevral ayının ilk ongünlüyünə qədər bir neçə nazir və komitə sədri də dəyişdiriləcək.  Onların bəzilərinin yerinə isə cəmiyyət üçün sürpriz sayılacaq şəxslər gətiriləcəyi də istisna deyil”.

Sonda mənbə deyib ki, Bakının icra başçısı Hacıbala Abutalıbovla da bağlı qərar veriləcəyi gözlənilir: "Maraqlısı odur ki, bu gün onun "vurulması”na hər mənada çalışanlar da,  paralel olaraq, vəzifəsinə can atanlar da var. Və bunların arasında Bakının iki rayonunun icra başçısı daha fəaldır. akin düşünmürəm ki, kiminsə fəaiyyətinə görə Hacıbala Abutalıbovla yollar ayrılacaq. Məncə səbəb təbiidir. Çünki o, artıq Bakını əvvəkitək idarəetmə gücündə deyil və bunu da iqtidar görür. Ona görə düşünürəm ki, onu da pensiyaya göndərəcəklər”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR