Lənkəranskinin qardaşı belə həbs olundu - Lotu Quliyə sui-qəsd zamanı (VİDEO)

img

03-11-2017 [10:48]


İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, noyabrın 2-də İstanbulun hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar:

"N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 13 nəfərdən ibarət killerlər İstanbulda Bakırköy ərazisində yerləşən "Ömür plaza" alış-veriş mərkəzində topanıblar. Toplantıdan xəbət tutan İstanbul polisi qrupu tam tərkibdə əməliyyatla saxlayıb. Dəstə üzərlərindən xeyli sayda sənədsiz silah götürülüb".

İddalara görə, killer dəstəsinə öldürülmüş "qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev və "Max”ləqəbli Sabri Şirin başçılıq edib. Onların Lənkəranskinin qisasını almaq istədiklər haqda da təsdiqlənməyən xəbərlər yayılıb.  

Məlumatda qeyd olunur ki, saxlanıan 13 nəfərin arasında Mehmet Sabri Şirin, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl və Berkay Deniz adlı şəxslər var. Onlardan bəzilərinin Rövşən Lənkəranskinin dəfnində iştirak etdiyi də iddia olunur. 

Xatırladaq ki, "Lotu Quli" azadlığa çıxdıqdan sonra Gürcüstana, oradan isə İstanbula gedib. Onun Türkiyədə yaşayacağı deyilir.
 



Digər xəbərlər
SON XƏBƏRLƏR