Gəncəli "Malış krıtıy" belə həbs edildi - Gürcü polisi əməiyyatın videosunu yaydı + VİDEO

img

24-10-2017 [12:24]


 Tbilisi ətrafında keçirilən xüsusi əməliyyat zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları hədə-qorxu ilə tələbetmə maddəsi ilə ittiham edilən Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" Gürcüstan DİN-in mətbuat xidmətinə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxslər 1986-cı il təvəllüdlü B.M.-ni ölümlə hədələyərək ondan 2 min ABŞ dolları tələb edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsləri zərərçəkən zəruri miqdarda pulu onlara verməzdən əvvəl saxlayıb.

Nazirlik həmçinin özünü böyük oğru ailəsinin oğlu, gəncəli "Malış krıtıy" kimi təqdim edən Azərbaycandan olan şübhəli şəxsin zərərçəkənə özünü təqdim etdiyi anın göründüyü əməliyyat videoçəkilşi də yayımlayıb. Təqsirləndirilən şəxsin dediyinə görə, onu Gürcüstana "oğrular" göndərib və pulları ona vermək lazımdır.

Bu gün təqsirləndirilənlərə rəsmi şəkildə ittiham irəli sürüləcək.

Bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilənlər 4 ildən 7 ilə qədər həbs cəzasına məhkum ola bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR