PA-nın məsləhətçisi: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur"

img

24-10-2017 [11:59]


"Azərbaycan hökuməti cəza siyasətinin sərtləşdirilməsinin deyil, humanistləşdirməsinin tərəfdarıdır".

Bunu "Məişət zor­akılığı ilə mübari­z­ədə effektiv cavab mexanizminin yaradıl­­ması" mövzusunda keçirilən kon­­fransda Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin məsləhətçisi Əli Ağayev deyib.

O bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün əsasən hüququ təbliğat və maarifləndirmə üsullarından istifadə olunmalıdır: "Təbii ki, məqsədəuyğun təkliflər həmişə nəzərə alınır".

Ə.Ağayev qeyd edib ki, məişət zorakılığının qarşısının alınmasında, istər barışıq, istərsə də cəzalandırma məsələsi olsun, yerli şərait nəzərə alınmalıdır: "Bütün məsələlərdə beynəlxalq təcrübəyə əsaslanmaq olmur". 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR