Ağstafa sakini özünü ikinci dəfə asaraq intihar edib - Əvvəlcə toyundan 3 gün sonra özünü öldürmək istəyibmiş

img

24-10-2017 [10:36]


Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü rayon sakini Elçin Ədalət oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb. 

Məlumata görə, E.Nəbiyev 2013-cü ildə ailə həyatı qurub. O, toyundan üç gün sonra özünü asaraq intihara cəhd edib. Lakin həmin vaxt onu xilas etmək mümkün olub. 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR