Hökumət qərar verdi - İki nazirliyin təqdim etdiyi elektron xidmətlərin sayı artırıldı

img

24-10-2017 [00:05]


Ədliyyə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

Nazirlər Kabineti bununla bağlı "Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edib.

Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sırasına ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması, notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi, məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi, iqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması, iqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi və əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması daxil edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə bundan sonra fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi, ovçuluq biletinin verilməsi və torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsinə dair elektron xidmətlər təqdim edəcək(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub