"O, qubar bağlamış ürəyinə hökm edərək "Vətən sağ olsun!" dedi" - Saatlının deputatı şəhidin dəfnində iştirak edib

img

23-10-2017 [23:44]


"Yaşadığımız torpağın bizim üçün Vətən olduğunu sübut edən igid oğullarımız həmişə olub. Şəhidimiz Cabbar Zeynalov da öz adını həmin oğulların sırasına yazdı".

Mia.az xəbər verir ki, bu sözləri Saatının deputatı Əflatun Amaşov sosial şəbəkədəki hesabında yazıb.

Onun sözlərinə görə, Cabbar ölümü ilə əbədi ölməzlik qazanıb:

"Bu gün doğulub boya-başa çatdığı Saatlı onu – öz Şəhidini son mənzilə yola saldı.

Cabbarın atası Firidun kişiyə başsağlığı verib səbr dilədim. O isə əzab dolu sifətinə, dolmuş gözlərinə, qubar bağlamış ürəyinə hökm edərək ‘Vətən sağ olsun!’ söylədi. Elə indi də onun dilindən çıxardığı bu müqəddəs cümlənin təsirindəyəm. Bəli, Cabbar kimi oğullarımız olduqca bu Vətən sağ olacaq, toxunulmaz qalacaq!

Şəhidimizin ailə üzvlərinə, doğmalarına, əzizlərinə yaxınlarına bir daha başsağlığı verirəm.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!".



Digər xəbərlər
SON XƏBƏRLƏR