Ərdoğan istefasinı istədiyi silahdaşlarına səsləndi: "Gənclərdən qorxan, yerini gənclərə buraxmağı düşünməyənlər..."

img

23-10-2017 [21:44]


Bursa bələdiyyəsinin sədrindən sonra Ankara bələdiyyə sədri Məlik Gökçəkin də istefa verəcəyi gözlənildiyi ərəfədə Türkiyə prezidenti Ərdoğan "Twitter" hesabından yeni mesajlar verib.

Mia.az xəbər verir ki, Türkiyə prezidenti "Bizlər bu yola kreslo sevdasıyla, vəzifə sevdasıyla deyil, xidmət sevdasıyla çıxdıq" deyərək, istefası istənilən bələdiyyə sədrlərinə səslənib: 

"Bunun üçün də biz gənclərdən qorxan, gənclərdən çəkinən, yerini gənclərə buraxmağı düşünməyənlərdən əsla olmadıq, olmayacağıq. Gənclərimiz əziz millətimizin əmanəti olan önəmli vəzifələrdə vaxtı, saatı gədikcə, təmsil olunacaqlar".

Xatırladaq ki, Ərdoğan ötən seçkilərdə AKP iqtidarının ümidlərini doğrultmayan Ankara, Bursa və Balıqkəsir bələdiyyə sədrlərindən istefa vermələrini istəyib. Bu gün Bursa bələdiyyəsinin sədri, Ərdoğanın əsgərlik yoldaşı istefasını verib. Lakin hələ də Ankara və Balıqkəsir bələdiyyə sədrləri istefa verməyiblər. 

Məlik Gökçək isə az əvvəl bu həftənin 4-cü günü bələdiyyə məclisini toplayıb, istefa verəcəyi haqda anons verib. Digər bələdiyyə sədrinin isə nə zaman Ərdoğanın çağırışına səs verəcəyi məlum deyil.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR