Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı sərəncam - 4.8 milyon ayrıldı

img

23-10-2017 [18:14]


Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərinin Şəki-Kiş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Mia.az xəbər verir ki, 17 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Şəki-Kiş avtomobil yolunun tikintisi məqsədi ilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR