Marneulidə azərbaycanlı namizəd və ətrafı gülləbaran edildi - Sensasion hadisə

img

20-10-2017 [00:14]


Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

Mia.az "Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-da axşam saatlarında baş verib.

Yaralanan şəxs "Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovdur.

Hadisə Qızılhacılı kəndindəki seçki qərargahının önündə baş verib.

Məlumata görə, deputatlığa namizədin dostları - Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qaynatası Azad Çobanov da güllə yarası alıblar.

Hadisəni törədənlər haqqında məlumat verilmir.

Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Onların səhhəti ilə bağlı məlumat verilmir.

Gürcüstan DİN faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı