2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq - Etibarlılıq müddəti də uzadılacaq

img

19-10-2017 [23:42]


2018-ci ildən elektron imza Azərbaycan vətəndaşları üçün pulsuz olacaq.

Bunu Trend-ə layihəyə yaxın mənbə bildirib.

Məlumatda qeyd olunur ki, yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi gələn ilin yanvarından başlayacaq.

E-imzanın şəxsiyyət vəsiqələrinə inteqrə olunacağını nəzərə alaraq vətəndaşlar bu imzaları ödənişsiz şəkildə əldə edə bilər: "Yeni vəsiqələrdə elektron imza sertifikatının etibarlılıq müddəti 5 il təşkil edəcək. Bu müddət başa çatdıqdan sonra yalnız sertifikatın müddətini uzatmaq lazım olacaq. E-imzanın şəxsiyyət vəsiqəsinə inteqrə olunması üçün rüsum alınmayacaq".

Qeyd edək ki, hazırda elektron imza sertifikatının etibarlılıq müddəti 3 ildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR