19-10-2017 [20:27]
Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub.
Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin.
Bu məqamda belə bir sual yaranır ki, hansı söhbətin diqqət yayındırdığı polis tərəfindən necə müəyyən olunacaq?
Mia.az xəbər verir ki, "Qafqazinfo” bu sualla Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədovla müraciət edib.
O bildirib ki, hər hansı bir yolda xidmət aparan polis inspektoru bunu vizual baxışla asanlıqla müəyyən edə bilər:
"Polis qarşı tərəfə, avtomobil gələn istiqamətə baxır. Bu zaman alın şüşəsində sürücünün hərəkətlərini, yanındakı sərnişinlə danışdığı aydın görünür. Belə olduğu halda isə təhlükəsizlik baxımından ona saxlama işarəsi verilir. Telefonla danışmağın özü inzibati xəta tərkibidir. Polis telefonla danışan şəxsi necə görür bəs? Deməli vizual baxış deməyə imkan yaradır ki, sürücü sükan arxasında mobil telefonla danışır. Diqqəti yayındıracaq söhbətlərin müəyyən edilməsi də eynidir.
O ki qaldı mövzunuun sosial şəbəkələrdə müzakirə olunmasına, sərnişinlər özləri də diqqət etməlidir. Sükan arxasında oturan şəxs onların suallarını cavablandırırsa, deməli diqqətsiz sürücüdür və bu hərəkətinə görə haçansa qəza törədə bilər. Ən azından sürücü özü deməlidir ki, fikrini yayındırmasınlar. Qəza ani baş verir, ona görə də sükan arxasında olan sürücü diqqətli olmalı, bütün fikrini yola cəmləşdirməlidir”.
Qeyd edək ki, yol hərəkəti haqqında qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək qadağandır və 40 manat cəriməsi var.
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub
Meyxanaçı Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib
Hikmət Hacıyev Çinə gedib - Prezidentin köməkçisi Pekində Pakistan səfiri ilə görüşüb (FOTO)