Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib – Açıqlama

img

19-10-2017 [19:30]


Dövlət Neft Fondunda vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların və ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

Fonddan Mia.az-a verilən məlumata görə, "Moore Stephens Azerbaijan” auditor şirkəti iclas iştirakçılarına HSŞ üzrə Komissiyanın 2016-cı il üzrə hesabatının layihəsini təqdim edib. İclasda üç tərəfin (HSŞ üzrə Komissiya, vətəndaş cəmiyyəti, yerli və xarici hasilat şirkətləri) nümayəndələrindən ibarət 2016-cı il üzrə hesabatın hazırlanması üzrə İşçi Qrupun yaradılması qərara alınıb.

İclas iştirakçıları növbəti illər üzrə HSŞ hesabatlarının əhatə dairəsi barədə müzakirələr apararaq qərar qəbul edib.

İclasda HSŞ üzrə Komissiyanın loqotipi və korporativ stili və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR