General polis rəislərini topladı - Bakı Şəhər Baş Polis İdarəsində müşavirə

img

19-10-2017 [16:27]


Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

İdarədən Mia.az-a verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, respublikada prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2017-ci ilin 9 ayı ərzində də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib.

Müşavirə iştirakçılarına 2017-ci ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məruzə təqdim edilib. Məruzədə qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının istintaq qurumlarının icraatında olan cinayət işlərinin sayı 2,0% azalaraq 10.858 (-218) iş olub. İstintaqı tamamlanmış 3.422 (-177) cinayət işindən 74,6%-i (-81, 2.553-ü) baxılması üçün məhkəmələrə göndərilib, 25,4%-nin (-96, 869) icraatına xitam verilib. İstintaqı tamamlanmış cinayət işləri üzrə vətəndaşlara vurulmuş maddi ziyanın 82,0%-i (+13,4%) ödətdirilib.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq 680 (882) müvafiq müraciətdən 495-nin (517) icrası təmin olunub.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən IV İslam Həmrəyli Oyunları və «2017 Formula-1 üzrə Avropa Qran Pri» yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.
Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edərək mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.

Əməliyyat müşavirəsinə yekun vuran Baş İdarənin rəisi Mirqafar Seyidov 2017-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib.


Bakıda bu ilin 9 ayı ərzində qeydə alınan cinayətlərin statistikası açıqlanıb. Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9.148 (9.137) cinayət qeydə alınıb ki, onların da 83,2%-i (7.608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8%-i isə (1.540-ı) ağır və xüsusilə ağır növlər olub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 2,7%, o cümlədən qəsdən adam öldürmə cinayətləri 14,6% azalıb.

Cinayətlərin 79,1%-nin (78,5%), ağır növlərinin 79,1%-nin (78,1%), qeyri-aşkar şəraitdə baş verənlərin 69,4%-nin (67,8%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1.316 cinayətdən 94,5%-i (95,7%), o cümlədən qəsdən adam öldürmələrin 95,5%-i (98,0%), adam öldürməyə cəhdlərin 100%-i (100%), adam oğurluqlarının 100%-i (50,0%) və zorlamaların 100%-i (100%) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 0,6%, ağır və xüsusilə ağır cinayətlərin açılması 1,0%, adam oğurluğu cinayəti 50,0%, qəsdən sağlamlığa ağır zərər vurmalar 6,3%, hədə-qorxu ilə tələb etmələr 3,8%, insan alveri ilə bağlı cəmi cinayətlər 2,0%, mülkiyyət əleyhinə olan cinayətlər 2,7%, o cümlədən xüsusi əmlak oğurluqları 4,3%, mənzillərdən edilən oğurluqlar 1,3%, mal-qara oğurluğu 0,8%, avtonəqliyyat oğurluğu 31,3%, soyğunçuluqlar 12,9%, quldurluqlar isə 5,9%, yaxşılaşıb.
Müşavirədə qeyd olunub ki, cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 3.944 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 223 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 1.566 nəfərdən 66,5%-i (-2,5%, 1.042-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 600 nəfərdən isə 48,2%-i (-4,8%, 289-u) tutulub. Bununla yanaşı, 60 soyğunçuluq və quldurluq cinayəti törətmiş 107 nəfərdən ibarət 50 qrup, eləcə də 101 mənzil oğurluğu törətmiş 121 nəfərdən ibarət 49 cinayətkar qrup ifşa olunub.

Hesabat dövründə narkotiklərlə bağlı aşkar edilmiş 628 (973) fakt üzrə qanunsuz dövriyyədən 267 kq-dan çox (+31 kq 230 qr) narkotik vasitə çıxarılıb. 107 odlu silah, 33 qumbara, 2.360 ədəd döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 54 odlu silah əməliyyat yolu ilə götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq