Rəsmi Bağdaddan Bərzaniyə qarşı daha bir sərt həmlə - Müavini haqda həbs qərarı verildi

img

19-10-2017 [15:36]


İraq mərkəzi hökuməti Bərzaniyə qarşı daha bir sərt qərara imza atıb.

Mia.az "Reuters"ə istinadən xəbər verir ki, mərkəzi hökumətin tələbi ilə İraq məhkəməsi Bərzaninin müavini, eyni zamanda, Kürdistan Yurdsevərlər Birliyinin baş katibinin birinci müavini Kosrət Rəsulun haqqında həbs qərarı çıxarıb.

Belə bir qərarın verilməsinə səbəb isə onun Kərkükdəki Iraq ordusunu "işgalçı güclər" adlandırmasıdır: "İraq Ali Məhkəməsinin verdiyi qərara əsasən, Kosrət Rəsulu  7 il həbs cəzası gözləyir".

Məhkəmənin bu qərarına Kürd Muxtar Vilayətindən hələlik şərh gəlməyib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR