Eldar Əzizov 2 trilyonluq korrupsiyadan danışdı

img

19-10-2017 [12:48]


Səbail Rayon İcra Hakimiyyətində keçirilən 2017-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə çıxış edən icra başçısı Eldar Əzizov korrupsiya ittihamlarından danışıb.

İH-dən Mia.az-a daxil olan xəbərdə bildirilir ki, E.Əzizov bəzi kütləvi informasıya vasitələrində Azərbaycandakı korrupsiya halları ilə bağlı yazıların dərc olunduğunu xatırladıb. Bu iddialara cavab olaraq icra başçısı deyib ki, Beynəlxalq Valyuta Fondunun rəsmi açıqlamalarına görə hər il dünya iqtisadiyyatı korrupsiya halları ilə bağlı 2 trilyon dollardan çox vəsait itirir və bu rəqəmin tərkibində Azərbaycan və onun iqtisadiyyatının həcmini görmək çətindir: 

"Bu məbləğdə vəsait itkisinə qadir olan dövlətləri sadalamağa isə ehtiyac yoxdur.  Azərbaycana gəldikdə isə aparılan islahatlar, görülən işlər, o cümlədən "Asan xidmət”in yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, cəmiyyətdə şəffaflığın atrması, gömrük sistemindəki islahatlar ölkədə neqativ halların ciddi surətdə zəifləməsi ilə nəticələnib. Ölkədə cəmiyyət təmizlənir, iqtisadiyyat inkişaf edir, ciddi islahatlar gedir. Bütün bunlar da ölkə başçısı İlham Əliyevin fəaliyyətinin nəticəsidir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq