Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

19-10-2017 [12:32]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 20-də gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı