“Bu məğlubiyyət kürdlərin tarixindəki ən böyük fəlakətlərdən biridir...” - İngiltərənin məşhur qəzetindən maraqlı təhlil

img

19-10-2017 [09:18]


İngiltərənin "İndependent” qəzetinin təcrübəli Orta Şərq müxbiri Patrik Kokbörn (Patrick Cockburn) dünənki yazısında Kürdüstan Demokrat Partiyasının (KDP) və Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) Kərkük əməliyyatından öncə, geri çəkilmək haqqında anlaşdıqlarını bildirib.

BBC Türkce-nin məlumatına görə, P. Kokbörn peşmərgənin İraq qüvvələri qarşısında geri çəkilməsini "kürdlərin tarixindəki ən böyük fəlakətlərdən biri” adlandırıb.

O, öz yazısında qeyd edir:

 "Kürdlər Bağdadla aralarında uzun müddətdən bəri mübahisə mövzusu olan sahələrdən geri çəkildikləri üçün son 3 gün içində torpaqlarının 40%-ni itirə bilərlər. İki ana kürd partiyası olan KDP və KVB-nin bazar günü keçirdiyi toplantıda, geri çəkilməkdən başqa seçimlərinin olmaması məsələsində anlaşdıqları dəqiqləşir. İrəliləyən İraq qüvvələri ilə vurşmaq üçün çox zəif olduqlarını bilirdilər və yardım istəyəcəkləri bir müttəfiqləri də yox idi. İndi kürd liderləri bu fiaskoyla bağlı bir-birini günahlandırır. Bu, kürdlərin tarixinin ən böyük fəlakətlərindən biri olaraq qeydə keçəcəkdir. 

Peşmərgə Kərkük şəhəri yaxınlığında olan iki neft sahəsini də tərk etdi. Beləliklə, 2003-cü ildəki ABŞ işğalından və Səddam Hüseynin devrilməsindən sonra, qazandığı bütün torpaqları təslim etmiş oldu. Kərkükdəki neft yataqlarına sahibliyin kürdlərin iqtisadi müstəqilliyə nail olmaları baxımından lazım olacağı düşünülürdü”.

Kokbörn, ortadakı duruma, İraq Kürdüstan Regional Administrasiyasının (İKRA) başçısı Məsud Bərzaninin qalib gələ bilməyəcəyi bir mübarizəyə girməsinin səbəb olduğu fikrini müdafiə edir: 

"Bir çox kürd iranlıların və İran İnqilab Keşikçilərinin Bağdad hökumətini manipulyasiya etdiyini və kürd partiyalarının da ortaya bu nəticəni çıxardığını düşünəcək. İran Bağdad hökumətinin güclənməsindən, Məsud Bərzaninin isə zəifləməsindən məmnun qalacaq. Ancaq komplo nəzəriyyələrinə ehtiyac yoxdur. Həqiqətən, olan bu idi ki, Bərzani uda bilməyəcəyi bir meydan oxumağa girişmişdi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq