“ABŞ-la Türkiyə arasında viza böhranı tezliklə həll ediləcək” - Rəsmi Ankara

img

18-10-2017 [18:09]


"ABŞ-la Türkiyə arasında viza böhranı tezliklə həll ediləcək”.

Bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın oktyabrın 18-də "TRT World Forum”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-la viza böhranı ilə bağlı danışıqlar davam edir: "Danışıqlar yaxşı bir sonluğa doğru irəliləyir. Məsələ ilə bağlı detallar bir neçə günə qətiləşəcək. Ona görə də yaxın zamanda viza probleminin həll ediləcəyinə inanıram. Biz bu işin həllinin tərəfdarıyıq. Ancaq Ankaraya gələn heyətə məsələni başa çatdırmaq üçün səlahiyyət verilməyib. Onlar bizim fikrimizi Vaşinqtona məruzə edəcəklər”.

Türkiyə Xarici İşlər Nazirliyində ABŞ Dövlət Departamentinin nümayəndə heyəti ilə viza böhranına dair görüş oktyabrın 18-də başa çatıb.

Qeyd edək ki, oktyabrın 16-da ABŞ Dövlət Departamenti müşavirinin müavini Conatan Kohenin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə ikigünlük səfərə gəlib. Amerikalı diplomatların Türkiyə rəsmiləri ilə Vaşinqtonla Ankara arasında yaranan viza böhranını müzakirə edəcəyi gözlənilir. Hazırkı böhranın həlli üçün iki ölkənin təmsilçilərindən ibarət komissiyanın yaradılması təklif olunub.

Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz Fətullahçı Terror Təşkilatı ilə təmaslarda şübhəli bilinərək tutulmuşdu. O, saxlanılandan sonra Vaşinqton Türkiyə vətəndaşlarına viza verilməsini dayandırmışdı. Buna cavab olaraq rəsmi Ankara da ABŞ vətəndaşlarına viza verilməsini tam məhdudlaşdırmışdı.

İki ölkə arasında diplomatik böhrana səbəb olan M.Topuz, həyat yoldaşı və qızı ötən gün azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı