Ərbildən Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi kəskin azalıb - 3 dəfə

img

18-10-2017 [17:47]


İraqın şimalındakı Kürd Muxtar Əyalətindən Türkiyənin Ceyhan limanına nəql edilən xam neftin gündəlik həcmi 3 dəfə azalıb.

"Report” "Haber7"yə istinadən xəbər verir ki, yerli muxtariyyətin hökuməti sentyabrın 25-dək Ceyhan limanına gündə, təxminən, 500-600 min barel neft ixrac edirdi.  

Məlumata görə, hazırda Kərkük-Ceyhan boru kəməri ilə nəql edilən neftin həcmi 225 min barelə qədər azalıb. 

İnformasiyaya əsasən, İraqın şimalındakı yerli hökumət xərclərinin 90 faizini neft gəlirinin hesabına ödəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR