"Geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu" adlı mətbuat konfransı keçirilib

img

18-10-2017 [17:22]


Dünən Park İNN otelində yeni yaradılan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərliyi "Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu” adlı mətbuat konfransı keçirib.

İlk olaraq çıxış edən təşkilatın rəhbəri Əjdər Tağızadə qurumun hədəf və vəzifələrindən söz açıb.

Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın arzuolunmaz durmu barədəməlumat verib: "Azərbaycan türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq vəmüstəqillik uğrunda dayanmadan mübarizə aparıblar. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələnhaqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb”.

Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə, Güney Azərbaycan hərəkatçılarının GADTB-ni yaratdıqlarını qeyd edən Ə.Tağızadə bildirib ki, rəhbərlik etdiyi qurum İran adlanan yerdə türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünür: "Başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoymuşduq.

Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB olaraq Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırırıq”.

Daha sonra sədrin beuynəlxalq məsələlər üzrə müşaviri, Avstraliyada yaşayan soydaşımız Mikayıl Oyta çıxış edib. O təşkilatın xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında önəmnli addımlar atacağını bildirib. M. Oyta əlavə edib ki, Güney Azərbaycanla bağlı daha ciddi addımlar atılacaq.

Təşkilatın mətbuat və informasiya müşaviri Həsən Səfəri də çıxışında Güney Azərbaycandakı soydaşlarımızın durumu, qarşıda duran vəzifələr, təşkilatlanma və bu istiqamətdə atılacaq zəruri addımlardan danışıb.

Tədbir diskussiya şəraitində davam edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı