Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı öldü

img

18-10-2017 [16:57]


Bakıda 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

Mia.az report-a istinadən xəbər verir ki, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR